ONN İnformasiya Agentliyi

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək
24 Aprel 2024 - 10:22

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək. 

ONN media xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyasından bildirilib. Aprelin 24-25-də baş tutacaq səfər çərçivəsində Sadır Japarov və Azərbaycan Prezidenti İlham Əliyevlə arasında ikitərəfli danışıqların aparılması nəzərdə tutulub. Danışıqlar zamanı iki ölkə arasında əməkdaşlığa dair cari məsələlər, gələcək inkişaf perspektivləri və səmərəli qarşılıqlı fəaliyyət müzakirə olunacaq.Bundan əlavə, Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi də planlaşdırılır. Yekun olaraq prezidentlərin Birgə Bəyannaməsi və ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra sazişlər imzalanacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png