Rəsmi Bakıdan Vyanaya cavab

Laçın yolu açıqdır və hərəkət azadlığı təmin edilir.

ONN media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ayxan Hacızadə Tvitterdə yazıb.

O bildirib ki, yalnız 2022-ci il dekabrın 12-dən dekabrın 15-dək BQXK-nın, Rusiya sülhməramlı kontingentinin və yerli erməni sakinlərinin 644 texnikası hər iki istiqamətdə keçib:

“Blokada” ilə bağlı iddiaların heç bir əsası yoxdur!”.

Qeyd edək ki, daha əvvəl Avstriyanın xarici işlər naziri Aleksander Şalenberq Azərbaycanı Laçın yolunu açmağa çağırmışdı.