ONN İnformasiya Agentliyi

Rəsmi Bakı ABŞ-dakı qətliamla bağlı başsağlığı verdi

Rəsmi Bakı ABŞ-dakı qətliamla bağlı başsağlığı verdi
04 Avqust 2019 - 17:27

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın Texas və Ohayo ştatlarında çoxsaylı insan ölümü ilə nəticələnən silahlı insidentlərlə bağlı yerli hökumətə başsağlığı verib.

ONN media xəbər verir ki, bu barədə məlumat XİN-in “Twitter” mikrobloquna yerləşdirilib.

“Biz Texasın El-Paso və Ohayonun Deyton şəhərlərində baş vermiş silahlı insidentlər zamanı çox sayda günahsız insanın ölümünə və onlarla insanın yaralanmasına dair dəhşətli xəbərlərdən dərin kədər hissi keçiririk. Ölənlərin ailələrinə başsağlığı verir və yaralıların tezliklə sağalmasını diləyirik”, – deyə məlumatda bildirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png