ONN İnformasiya Agentliyi

Razılaşma 30 il sonra sülh üçün həqiqi şansdır – Çavuşoğlu

Razılaşma 30 il sonra sülh üçün həqiqi şansdır – Çavuşoğlu
03 Dekabr 2020 - 16:31

Son hadisələr Azərbaycan torpaqlarının 30 il davam edən işğalının sonsuza qədər davam etməyəcəyini göstərdi.

ONN media  xəbər verir ki, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının bu gün başlamış iclasında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, daim beynəlxalq hüququn tərəfində olduqlarını da qeyd edib.

“ATƏT-in Minsk qrupunun üzv ölkəsi olaraq biz bu münaqişənin uzunmüddətli həlli üçün əlimizdən gələn səyləri göstərməyə daim hazırıq. Həmişə münaqişənin beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT prinsiplərinə əsasən həll olunmasının vacibliyini bildirmişik. Münaqişə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”, – nazir deyib.

XİN rəhbəri qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş razılaşma 30 il sonra sülh üçün həqiqi şansdır:

“Bu fakt regional sabitlik üçün, o cümlədən Azərbaycan – Ermənistan, Türkiyə – Ermənistan münasibətləri üçün müsbət hadisədir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png