ONN İnformasiya Agentliyi

Rusiya və İran XİN başçıları Türkiyəyə səfər edir

Rusiya və İran XİN başçıları Türkiyəyə səfər edir
17 Noyabr 2017 - 11:53
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Məhəmmədcavad Zərif bu həftənin sonunda Türkiyəyə səfər edəcəklər.
ONN media  “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, 3 ölkənin XİN başçıları Antalyada görüşəcəklər.

Nazirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya rəhbəri Vladimir Putin və İran Prezidenti Həsən Ruhaninin noyabrın 22-də Rusiyanın Soçi şəhərində keçiriləcək üçtərəfli sammitində müzakirə olunacaq məsələlərin detallarını nəzərdən keçirəcəklər.

Qeyd edək ki, üç ölkənin lideri Suriyadakı və bölgədəki vəziyyət müzakirə edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png