Rusiyadan üçtərəfli görüşlə bağlı açıqlama

“Üçtərəfli İşçi Qrupunun iyunun 3-də Moskvada iclası keçirilib və həmsədrlərin görüşü nəticəsində müəyyən tərəqqi əldə olunub”.

ONN media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin həftəlik brifinqdə deyilib.

“Üçtərəfli İşçi Qrupu çərçivəsində regionda ölkələrin maraqlarına cavab verən dəmiryolu və avtomobil yolunun açılması müzakirə mövzusudur. Nəqliyyat kommunikasiyaların bərpasının müxtəlif aspektləri ilə bağlı tərəflərin mövqeləri dinlənilib və müsbət nəticə əldə olunub”,- məlumatda qeyd edilib.