ONN İnformasiya Agentliyi

Şahmat Federasiyasına 1 milyon manat ayrıldı

Şahmat Federasiyasına 1 milyon manat ayrıldı
08 Noyabr 2017 - 18:49
Prezident İlham Əliyev Azərbaycan şahmatçılarının Avropa komanda çempionatında qalib olması haqqında sərəncam imzalayıb.
ONN media-nın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Azərbaycanın kişi şahmatçılardan ibarət yığması Yunanıstanın Krit adasında keçirilən şahmat üzrə Avropa komanda çempionatında ölkəni layiqincə təmsil edərək qələbə qazanmışdır. Komandamızın üçqat Avropa çempionu olmasını və Azərbaycan şahmatının inkişafındakı xidmətlərini nəzərə alaraq, Azərbaycan Şahmat Federasiyasına Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,0 (bir) milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png