ONN İnformasiya Agentliyi

Sarkisyan Qarabağla bağlı geri addım atır?

Sarkisyan Qarabağla bağlı geri addım atır?
23 İyun 2018 - 16:42

ONN media xəbər verir ki, Ermənistan baş nazirinin xarici siyasət üzrə müşaviri Arsen Xaratyan Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarda ölkənin keçmiş prezidenti Serj Sarkisyanın iştirakını istisna etmir.

Bununla bağlı Xaratyan Ermənistan İctimai Televiziyasının efirində bildirib: "Təəssüf ki, Ermənistanda Qarabağ danışıqlar prosesi üzrə dolğun məlumata malik çox adam yoxdur. Ola bilsin, gün gələcək ki, S.Sarkisyan bu məsələ üzrə xüsusi elçi olacaq. Dövlət maraqlarının olduğu məsələlərdə hər hansı şəxsin iştirakı istisna edilmir”.

Onun sözlərinə görə, keçmiş diplomat anlayışı yoxdur.

"Bir aydan, bir ildən və beş ildən sonra nə olacağını heç kim bilmir. Vəziyyət elə dəyişə bilər ki, bu insanların biliyindən, təcrübəsindən istifadə zərurəti yaranar. Bu qapını heç vaxt bağlamaq olmaz”, – baş nazirin müşaviri deyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png