Şeyx Mirziyoyevlə görüşdü – VİDEO

Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

ONN media xəbər verir ki, görüşdə iki ölkənin qarşılıqlı maraqlarına xidmət edən üzünmüddətli tərəfdaşlığın getdikcə inkişaf edəcəyi, Özbəkistan və Azərbaycan xalqları arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənəcəyi bildirilib.

Ortaq mədəniyyət, milli adət-ənənələr və mənəvi dəyərlərə, habelə qarşılıqlı hörmət və ehtirama söykənən Özbəkistan-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafı yüksək qiymətləndirilib.

Azərbaycanın iki qardaş xalqı bir-birinə sıx bağlayan, onları birləşdirən etibarlı körpü olduğu diqqətə çatdırlıb.(Real TV)