Venesuelanın Azərbaycanda ilk səfiri Bakıya gəldi

Venesuelanın Azərbaycanda ilk səfiri Kristofer Berroteran Bakıya gəlib.
 
ONN media xəbər verir ki, diplomat etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.
 
Xatırladaq ki, Venesuelanın Azərbaycandakı səfirliyi ötən ilin mart ayında açılıb.
 
Bundan əvvəl diplomatik missiyaya müvəqqəti işlər vəkili Pedro Argenis Sançes Flores rəhbərlik edirdi.