Teymur Bünyadov “Şərəf” ordeni ilə təltif edidi

Prezident İlham Əliyev Teymur Bünyadovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

ONN media-nın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Azərbaycanda etnoqrafiya elminin inkişafında böyük xidmətlərinə görə Teymur Əmiraslan oğlu Bünyadov “Şərəf” ordeni ilə təltif edilsin.