ONN İnformasiya Agentliyi

Türk Şurası Azərbaycana başsağlığı VERDİ

Türk Şurası Azərbaycana başsağlığı VERDİ
03 Dekabr 2020 - 22:44

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycana başsağlığı verib.

ONN media  xəbər verir ki, bu barədə təşkilatın rəsmi “Twitter” hesabında qeyd olunub.

“Türk Şurası üzv dövlət, qardaş Azərbaycanın ərazi bütövlüyü uğrunda haqq mübarizəsində öz vətənini qorumaq üçün həyatını verən 2783 şəhidə Allahdan rəhmət diləyir. Bütün qazilərin tezliklə sağalmasını arzulayır. Azərbaycana və bütün Türk dünyasına başsağlığı verir”, – başsağlığında qeyd edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png