Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Qəhrəmanmaraş vilayətinin Göksun rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.

ONN media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, təkanlar yerin 16,36 km dərinliyində qeydə alınıb.

Tələfat və dağıntı qeydə alınmayıb.