ONN İnformasiya Agentliyi

Türkiyədən Azərbaycan və Ermənistan arasındakı razılığa reaksiya

Türkiyədən Azərbaycan və Ermənistan arasındakı razılığa reaksiya
08 Dekabr 2023 - 9:22

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə açıqlamasını alqışlayaraq “əlavə addımların atılması ilə bağlı müzakirələrin davam etdirilməsi qərarını” dəstəkləyib.

Bu barədə ölkənin xarici siyasət idarəsinin “Azərbaycanla Ermənistan arasında bəzi konkret əlavə etimad quruculuğu addımların atılması qərarı” haqqında bəyanatında bildirilib.

“Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə açıqlamasında elan edilmiş iki ölkə arasında bəzi konkret əlavə etimad quruculuğu addımların atılması qərarını alqışlayır; etimadı artıran əlavə addımların atılması ilə bağlı müzakirələrin davam etdirilməsi qərarını dəstəkləyirik.

Azərbaycan və Ermənistan arasında Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olması üçün ən mühüm hadisələrdən birini təşkil edəcək sülh razılaşmasının ən qısa zamanda imzalanmasını diləyirik”, – deyə bəyanatda qeyd olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png