ONN İnformasiya Agentliyi

Türkiyənin XİN başçısı İran Prezidenti ilə görüşdü

Türkiyənin XİN başçısı İran Prezidenti ilə görüşdü
08 Fevral 2018 - 8:11

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

ONN media-nın IRNA agentliyinə istinadən verdiyi məlumata əsasən, tərəflər Suriya böhranının nizamlanması məsələsini müzakirə ediblər, İranın Ankara ilə münasibətləri inkişaf etdirməyə hazır olduğu vurğulanıb.

"Biz regional problemləri həll etmək üçün Türkiyə ilə əməkdaşlığı inkişaf etdirməyə hazırıq”, deyə H.Ruhani vurğulayıb.

Qeyd edək ki, Tehranda səfərdə olan Çavuşoğlu həmçinin iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə də görüşüb. Görüşdə nazirlər Soçidə keçirilmiş Suriya Milli Dialoqu konqresinin nəticələrini müzakirə ediblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png