ONN İnformasiya Agentliyi

Türkiyə parlamentinin spikeri: “Qarabağ bizim milli məsələmizdir”

Türkiyə parlamentinin spikeri: “Qarabağ bizim milli məsələmizdir”
24 May 2018 - 8:45

Türkiyə Böyük Millət Məclisinin (TBMM) spikeri İsmayıl Qəhrəman bu ölkədə rəsmi səfərdə olan Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovu qəbul edib.

ONN media Report-a istinadla xəbər verir ki, TBMM sədri F. Muradovla bir çox məsələlərlə bağlı fikir mübadiləsi aparıb.

İ. Qəhrəman görüşdə Qarabağ məsələsinə toxunub və bildirib ki, "Qarabağ bizim milli məsələmizdir. Nə yazıq ki, dünyanın gözü önündə böyük haqsızlıq yaşanmaqdadır. Dünya bu və buna bənzər haqsızlıqlara qarşı seyrçi qalmamalıdır".

Komitə sədri F. Muradov isə hər bir azərbaycanlının qəlbinin Türkiyə ilə çırpındığını bildirib: "İnanıram ki, bu ürəklər birləşib böyük işlər görəcək".

F. Muradov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən işlərin iki ölkənin gələcəyi üçün edildiyini qeyd edib. "İnsanlarımız arasında böyük körpülər var. Bu körpülər ulu öndər Heydər Əliyev tərəfindən qurulub. Bunlar sülh və dostluq körpüləridir, – deyə komitə sədri əlavə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png