ONN İnformasiya Agentliyi

Vətən sizinlədir! – ÖZƏL

Vətən sizinlədir! – ÖZƏL
12 Dekabr 2022 - 15:55

“Bir qrup jurnalist və QHT nümayəndələrinin hal-hazırda Qarabağda Rusiya “sülhməramlılar”ına etirazını alqışlayıram”.

Bunu Olaylar.az-a açıqlamasında Turan Araşdırma Mərkəzinin sədri Cavid İsmayıl deyib:

“Əla! Düşünürəm, orada Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin və icmanın üzvləri də olmalı və vətəni Azərbaycanın hüquqlarını müdafiə etməlidir.

Bu arada onu  da  qeyd  edim  ki,  bu yaxınlarda Prezident cənab İlham Əliyev YAP-ın 30 illiyi münasibətilə Mixail Zabelinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” təqdim etdiyi ordenə görə, Zabelinin təşəkkür müraciətini də heç görmədim. Əgər görən varsa zəhmət olmasa məni də tanış edin.

Hal-hazırda aksiyada iştirak edən bütün həmkarlarımıza uğurlar arzu edirəm. Vətən sizinlədir!”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png