ONN İnformasiya Agentliyi

VI Qlobal Bakı Forumu çərçivəsində Beynəlxalq Kitab Sammiti keçirilib

VI Qlobal Bakı Forumu çərçivəsində Beynəlxalq Kitab Sammiti keçirilib
18 Mart 2018 - 17:00

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən keçirilən VI Qlobal Bakı Forumu çərçivəsində Beynəlxalq Kitab Sammiti keçirilib.

ONN media "APA"ya istinadən xəbər verir ki, İsgəndəriyyə kitabxanasının təsisçi fəxri direktoru, NGBM-in həmsədri İsmayıl Sarıgeldinin moderatorluğu ilə keçirilən sammitdə ilk öncə NGBM-in digər həmsədri, Latviyanın sabiq prezidenti  Vayra-Vike Frayberqa çıxış edib.

Yazılmış sözlərin yeni dünya yaratdığını vurğulayan Vayra-Vike Frayberqa bildirib ki, kitab çapının kəşfi sayəsində kitablar daha əlçatan olub. Rumıniya baş nazirinin müavini Ana Birçall təhsilin üstünlük deyil, vəzifə olduğunu qeyd edib. Xorvatiyanın keçmiş prezidenti İvo Yasupoviç elektron kitabların müasir insanların həyatındakı  rolundan söz açıb,  kitabxanalarda  CD-lərin, elektron kitabların da olmasını vacib sayıb. Makedoniya prezidenti George İvanov ideya və fikirlərlə kitabların yaxın əlaqəsindən danışıb. Tarixin müəyyən dövründə kitabların yandırılması faktlarına toxunan G.Ivanov bildirib ki, kitablar yandırıla bilər, amma ideyalar, fikirlər yanmır. Kitabların rəqəmsallaşdırılmasının mənfi və müsbət tərəflərindən danışan prezident dövlətin fərdi azadlıqla ictimai təhlükəsizlik arasında balansı qorumalı olduğunu nəzərə çatdırıb.

Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyasının (İFLA) keçmiş prezidenti İngrid Parent kitabxanaların rolundan danışıb. O kitabın  insanların daha dünyəvi, daha humanist olmasına kömək etdiyini söyləyib.

Rumıniyanın sabiq prezidenti Emil Contantinesku deyib ki, kitab sadəcə, lüğəti inkişaf etdirmək üçün deyil, həm də insanlara düşünməyi öyrədir.

Sammit panellərlə davam etdirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png