ONN İnformasiya Agentliyi

Xələf Xələfov Almaniya Federativ Respublikasına səfər edib

Xələf Xələfov  Almaniya Federativ Respublikasına səfər edib
07 Fevral 2018 - 12:41

ONN media Xarici İslər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov ikitərəfli siyasi məsləhətləşmələrin davamı olaraq cari ilin 6 fevral tarixində AFR XİN-in Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi tapşırıqlar üzrə səfiri Andreas Peşkenin (Andreas Peschke) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. 

Görüşdə AFR XİN nümayəndəsi iki ölkə arasında təmasların artmasının ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı göstərici olduğunu, bu tendensiyanın alman tərəfini məmnun etdiyini dilə gətirmişdir. Nazir müavini Xələf Xələfov iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun münasibətlərimizin inkişafına xüsusi töhfə verdiyini vurğulamışdır. Görüş zamanı əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edilmiş və perspektivlər barəsində geniş fikir mübadiləsi aparılmışdır. Hər iki tərəf ikitərəfli yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyini qeyd etmişlər.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilmiş və bu münaqişənin regional təhlükəsizlik və sabitlik üçün təhdid olduğu vurğulanmışdır. Nazir müavini sözügedən münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin həyata keçirilməsinin zəruriliyini qeyd etmişdir. Görüş çərçivəsində həmçinin, beynəlxalq təşkilatlar, xüsusilə BMT və Avropa Şurası çərçivəsində həyata keçirilən çoxtərəfli əməkdaşlıq, qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər müzakirə edilmişdir. 
İkitərəfli siyasi məsləhətləşmələrdə AR-in AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov iştirak etmişdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png