ONN İnformasiya Agentliyi

XİN başçısı İordaniyanın Azərbaycandakı səfirini qəbul etdi

XİN başçısı İordaniyanın Azərbaycandakı səfirini qəbul etdi
22 İyul 2019 - 21:55

Xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması münasibətilə İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşnehi qəbul etdi.

Xarici İşlər Nazirliyindən ONN media -ya verilən məlumata görə, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələlərini müzakirə etdilər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi apardılar.

Səfir Nassar İbrahim Məhəmməd Əl-Habaşnehi diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə qeyd etdi və bu xüsusda öz təşəkkürünü ifadə etdi.

Nazir Elmar Məmmədyarov səfir Nassar İbrahim Məhəmməd Əl-Habaşnehə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu etdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png