ONN İnformasiya Agentliyi

XİN daha bir rəsmi məlumat yaydı

XİN daha bir rəsmi məlumat yaydı
09 Fevral 2023 - 11:51

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkədə fəaliyyət göstərən QHT-lərə tövsiyələr verib.

ONN media xəbər verir ki, tövsiyələri XİN-in idarə rəisi Yalçın Rəfiyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universiteti ilə birgə təşkil edilən QHT-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş konfransda çatdırıb.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə BMT-nin bəzi məruzəçiləri tərəfindən ölkəmizə qarşı həqiqətəuyğun olmayan iddialar (erməni hərbçilərə işgəncələrin verilməsi və s) səsləndirilirdi: “Ancaq həmin xüsusi məruzəçilərin Azərbaycanla heç bir qərəzi yoxdur. Onların iddialarının əsas səbəbi erməni QHT-lərinin, ictimai fəallarının bu və ya digər məsələlərlə bağlı həmin şəxslərə müraciətləridir. Bizim də vətəndaş cəmiyyətimiz bütün məsələlərlə bağlı haqlılığımızı sübut etmək üçün əməli fəaliyyətə keçməlidir. BMT-nin qurumları, məruzəçiləri ilə daimi təmas saxlamaq lazımdır. Bu, bir istiqamətdir”.

İdarə rəisi vurğulayıb ki, QHT-lər beynəlxalq siyasətdə xüsusi rol oynayırlar:

“Qərb ölkələrində, beynəlxalq təşkilatlarda vətəndaş cəmiyyətinin sözü də xüsusi rol oynayır. Ona görə də hesab edirəm ki, müxtəlif sahələr üzrə də ixtisaslaşma çox vacibdir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png