XİN rəsmi məlumat yaydı

Azərbaycan qardaş Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə axtarış-xilasetmə qruplarını göndərib.

ONN media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 100-dən çox xilasedici mütəxəssisdən ibarət ilk qrup öz avadanlıqları ilə birlikdə Türkiyə xilasetmə işlərinə kömək etmək üçün zəlzələ bölgəsindədir.

“Biz səninləyik, Türkiyə!”, – XİN-dən qeyd olunub