ONN İnformasiya Agentliyi

XİN rəsmi məlumat yaydı

XİN rəsmi məlumat yaydı
07 Dekabr 2023 - 17:27

Ermənistanın yerləşdirdiyi minalar Azərbaycanda insan həyatı üçün təhlükə yaratmağa davam edir.

ONN media-nın məlumatına görə, bununla bağlı Xarici İşlər Nazirliyinin “X” sosial media hesabında bildirilib.

“Bu gün Şuşa və Füzuli rayonlarında mina partlaması nəticəsində daha iki azərbaycanlı mülki şəxs ağır yaralanıb. 44 günlük müharibənin bitməsindən bəri mina qurbanlarının sayı 340 nəfərə çatıb”, – deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, dekabrın 7-si saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsəfərrüfat işləri aparan zaman traktorun minaya düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Zamin Həsənli xəsarət alıb. Həmçinin eyni gündə Şuşa rayonu ərazisində elektirik təsəfərrüfatı sahəsində çalışan 1987-ci il təvəllüdlü Rahim Həbibovun elektrik xətti çəkərkən mina partlaması nəticəsində sağ ayağının dizdən aşağı hissəsinin amputasiyası xəsarəti alıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png