ONN İnformasiya Agentliyi

XİN rəsmi məlumat yaydı

XİN rəsmi məlumat yaydı
22 Yanvar 2023 - 18:32

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçin paytaxtı Stokholmda aksiya zamanı Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti pisləyib.

ONN media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Tvitter səhifəsində bildirilib.

“Açıq nifrət cinayəti kimi islamofob hərəkətlər söz azadlığının ifadəsi deyil. Biz İsveç hökumətini bu nifrət cinayətini törədənləri tezliklə ədalət mühakiməsi qarşısına çıxarmağa çağırırıq”, – paylaşımda deyilir.

Xatırladaq ki, yanvarın 21-də İsveç dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı Qurani-Kərim yandırılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png