ONN İnformasiya Agentliyi

YAP Naxçıvanda yaradılan Fonda 30 min manat ayırdı

YAP Naxçıvanda yaradılan Fonda 30 min manat ayırdı
25 Mart 2020 - 23:58

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığı və göstərişləri əsasında ölkəmizdə yeni növ koronavirus – COVİD-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər uğurla davam etdirilir. Yeni Azərbaycan Partiyası bu istiqamətdə görülən işləri yüksək qiymətləndirir, bütün zəruri resursları səfərbər edərək öz dəstəyini göstərir.

ONN media xəbər verir ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat (AZN) məbləğində vəsait köçürmək barədə qərar qəbul edib.

Yeni Azərbaycan Partiyası və onun üzvləri koronavirus infeksiyasının ölkəmizdə yayılması təhlükəsinin qarşısının alınması prosesində bundan sonra da fəal iştirak edəcək, əhalinin sağlamlığının qorunmasına öz töhfəsini verəcək

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png