ONN İnformasiya Agentliyi

YAP Qaradağ fəallarına SƏDR TƏQDİM OLUNDU

YAP Qaradağ fəallarına SƏDR TƏQDİM OLUNDU
22 Sentyabr 2021 - 10:37

Qafar Əliyev Yeni Azərbaycan Partiyasının Bakı şəhəri Qaradağ Rayonu Təşkilatının yeni sədri təyin edilmişdir.

Qafar Əliyev Naxçıvan Dövlət Universitetində işlədiyi illərdən başlayaraq, yəni Yeni Azərbaycan Partiyasının yarandığı ilk vaxtdan etibarən partiya sıralarında fəal iştirak etmiş, partiyanın təşkilatlanmasında və təbliğat işlərində xüsusi zəhməti olmuşdur.Uzun müddət Prezident Administrasiyasında məsul vəzifədə çalışaraq ictimai-siyasi proseslərdə fəal iştirak etmişdir.Qafar Əliyev Heydər Əliyev yoluna çox sadiq olan bir insan, prinsipial dövlətçi, səmimi və təvəzökar insandır.

ONN media  bildirir ki, təqdimetmə mərasimində çıxış edənlər YAP Mərkəzi Aparatının şöbə müdiri Əhliman Tağıyev, həmin şöbənin müdir müavini Rəfail Gulməmədov, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Qafar Əliyevdən gözləntilərinin çox olduğunu bildirərək, Qaradağ rayonunda partiyanın inkişafında irəlləyiş olacağını, sakinlərlə sıx əlaqədə olacağını qeyd edərək gələcək işlərində uğurlar arzuladılar.

Sonda Qafar Əliyev çıxış edərək ona göstərilən bu etimada görə Partiyanın sədri Prezident İlham Əliyevə, Partiyanın Birinci müavini Mehriban Əliyevaya, YAP Mərkəzi Aparatının Rəhbəri Tahir Budaqova minnətdarlığını bildirərək, ona göstərilin etimada layiq olaraq hakimiyyətlə xalq arasında geniş körpü yaradacağını Yeni Azərbaycan Partiyasına könüllüluk əsasında olaraq üzvlərin artıralacağına söz verdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png