Yeni təyin olunan nazir kimdir?- Dosye

Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.

ONN media xəbər verir ki, Məcnun Məmmədov “Paşa Holdinq”in törəmə şirkəti olan “Grand-Agro” MMC-nin direktoru vəzifəsində çalışıb. Bununla yanaşı o “Agro Food Investment” MMC-nin direktoru vəzifəsində də çalışıb.

M.Məmmədov Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsil alıb.