Yeni Vergilər nazirinin İLK ÇIXIŞI

"Azərbaycan-Yaponiya əlaqələrində məhsuldarlıq müşahidə edilir. İkitərəfli ticarət dövriyyəsi dinamik şəkildə artır".

ONNmedia xəbər verir ki, bunu vergilər naziri vəzifəsinə təyin olunan Mikayıl CabbarovYaponiyanın milli bayramı münasibətilə keçirilən tədbirdə deyib.

İmperatorun doğum günü münasibəti ilə Azərbaycan hökuməti adından Yaponiya hökumətini təbrik edən M.Cabbarov deyib ki, Azərbaycan hər sahədə Yaponiya ilə əməkdaşlıq imkanlarını öyrənməyə hazırdır.