ONN İnformasiya Agentliyi

Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verdi

Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verdi
06 Dekabr 2021 - 20:44

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının federal müdafiə naziri cənab Pervez Xattaka, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razaya və Quru Qoşunları komandanı general Qamar Caved Bacvaya başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, başsağlığında deyilir: “Hərbi helikopterin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png