ONN İnformasiya Agentliyi

Zakir Həsənov Beynəlxalq Müdafiə Sərgisində

Zakir Həsənov Beynəlxalq Müdafiə Sərgisində
17 Avqust 2021 - 20:18

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvətilə bu gün İstanbul şəhərində keçirilən “IDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisinin təntənəli açılış mərasimində iştirak edib.

ONN media  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müdafiə naziri sərgidə müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Müdafiə Sənayesinin “ASELSAN”, “ROKETSAN”, “HAVELSAN”, “ASPİLSAN” və bir sıra digər şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib.

Görüşlərdə tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png