ONN İnformasiya Agentliyi

Zakir Həsənov Hulusi Akarla görüşdü

Zakir Həsənov Hulusi Akarla görüşdü
17 Avqust 2021 - 22:34

Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarla görüşü olub.

ONN media  Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində baş tutub.

Görüşdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Son günlərdə Ermənistan tərəfindən Azərbaycanla sərhəddə törədilən hücum və təxribatlara toxunan Hulusi Akar Türkiyənin Azərbaycanın haqlı mübarizəsində daim yanında olacağını vurğulayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png