ONN İnformasiya Agentliyi

Zakir Həsənov Hulusi Akarla görüşüb

Zakir Həsənov Hulusi Akarla görüşüb
05 Dekabr 2022 - 21:34

Azərbaycan və Türkiyə müdafiə nazirləri Zakir Həsənovla Hulusi Akarın görüşü olub.

Bu barədə ONN media-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Görüşdə, həmçinin Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Atilla Gülan, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu, eləcə də Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağcı və digər rəsmilər iştirak edib.

General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf etdiyini qeyd edib və bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Qardaş ölkəyə səfərindən məmnunluğunu ifadə edən H.Akar göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

Görüşdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakı şəhəri, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən “Qardaş yumruğu” birgə təliminin mühüm əhəmiyyətə malik olduğu xüsusi vurğulanıb.

Qarşılıqlı maraq doğuran mövzulara dair aparılan fikir mübadiləsi zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik məsələləri də müzakirə edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png