ONN İnformasiya Agentliyi

Zelenski İlham Əliyevi təbrik etdi

Zelenski İlham Əliyevi təbrik etdi
08 Fevral 2024 - 12:37

Azərbaycan Prezidenti İlham Əliyevi yenidən seçilməsi münasibətilə təbrik edir, Azərbaycan xalqının rifahı naminə davamlı uğurlar və məhsuldar fəaliyyət arzulayıram.

ONN media xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski X platformasındakı səhifəsində bildirib.

“Mən dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi yüksək qiymətləndirirəm.

Bu tarixi dövrdə ölkəmizin azadlıq mübarizəsində Azərbaycanın göstərdiyi humanitar və digər yardımları yüksək qiymətləndiririk. Prezident Əliyevlə konstruktiv və etibarlı münasibətlərimizi, eləcə də komandalarımız arasında praktik əməkdaşlığı yüksək qiymətləndirirəm.

Əminəm ki, Ukrayna ilə Azərbaycanın strateji əlaqələri bundan sonra da möhkəmlənəcək” – Zelenski qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png