ONN İnformasiya Agentliyi

Ziyanın qiymətləndirilməsi prosesi başlayıb – Prezident

Ziyanın qiymətləndirilməsi prosesi başlayıb – Prezident
13 Yanvar 2021 - 15:02

Qanunsuz məskunlaşma siyasəti hərbi cinayətdir və onlar işğalın son dönəmində bu siyasəti heç gizlətmirdilər belə. Onlar dünyanın müxtəlif yerlərindən erməni mənşəli insanları gətirir və onları tarixi Şuşa şəhəri də daxil olmaqla tarixi Azərbaycan ərazilərində məskunlaşdırırdılar.

ONN media  xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Şəhər və kəndlərimizin adlarını dəyişirdilər, hətta xristian dini abidələrinin mənşəyini belə dəyişirdilər. Onlar xristian dininə ibadət edən qədim udilərin dini irsinin mənşəyini dəyişirdilər. Onlar qədim Qafqaz Albaniyasının kilsələrini erməni kilsələrinə çevirirdilər. Beləliklə, onlar cinayət predmeti olan bir çox əməllər törədiblər. Sizin də yəqin bildiyiniz kimi, artıq Azərbaycan ziyanın qiymətləndirilməsi prosesinə başlamışdır. Yəni, yaxşı tanınmış beynəlxalq şirkətlərin köməyi ilə maddi, mədəni, mənəvi, ekoloji ziyan hərtərəfli qiymətləndiriləcək və bu da bizə təcavüzkar Ermənistan dövlətini beynəlxalq məhkəmələrə vermək imkanı yaradacaq”, – dövlət başçısı bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png