ONN İnformasiya Agentliyi

Əlillərin bu işlərə cəlb edilməsinə yol verilməyəcək – QƏRAR

Əlillərin bu işlərə cəlb edilməsinə yol verilməyəcək – QƏRAR
07 Sentyabr 2019 - 17:20

Xüsusiyyətlərindən asılı olaraq, əlilliyi olan şəxslərin bir sıra işlərə cəlb edilməsinə yol verilməyəcək.

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nda öz əksini tapıb.

Bu standartlara əsasən, həmin işlər nərdivandan və digər vasitələrdən istifadə etməklə, hündürlüyə qalxmaqla görülən, bədən əzələlərinin statik gərginliyinə səbəb olan əmək prosesi ilə bağlı, kəskin vaxt çatışmazlığı ilə bağlı (məsələn, məcburi ritmdə işləyən konveyerdə, narahat halda (çömbələrək, dizi üstə əyilərək və s.) görülən məcburi iş vəziyyəti, qarın və sinə ilə avadanlığa, əmək alətlərinə güc edilməsi, iş görərkən qamətin 15 dərəcədən çox əyilməsi ilə bağlıdır.

Əlilliyi olan şəxslərin xüsusiyyətlərindən və əlilliyi olan şəxslərin həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşmasından asılı olaraq, əlilliyi olan şəxslərin bir sıra işlərə cəlb edilməsinə yalnız əlilliyi təyin edən müvafiq tibbi-sosial ekspert komissiyasının razılığı ilə yol verilir.

Bu işlər partlayış xarakterli, sualtı, şaxtalarda və mədənlərdə yeraltı işlər, qaynar sexlərində görülən işlər, nəqliyyat vasitələrinin idarə edilməsi, hündürlükdə aparılan tikinti işləri və özül işləri, yüksək səs-küylü istehsalat işləri, zərərli maddələrin (qurğuşun, civə və s.) istehsalı ilə bağlı işlər, əlverişsiz meteoroloji şəraitlə (temperaturun kəskin və tez-tez dəyişməsi, rütubətin artması, havanın soyuması) bağlı işlər, böyük fiziki gərginliklə (yükdaşıyanlar, yerqazanlar və s.) bağlı işlər, hərəkət edən mexanizmlərə (vestibülyar aparatı pozulmuş şəxslər üçün) bağlı işlər, qışda isidilməyən binalarda, küləkçəkən yerlərdə yerinə yetirilən, ayaqqabının və paltarın islanması, əllərin soyuq suya salınması ilə bağlı işlər, elektrik və maqnit sahələrinin statik təsiri ilə bağlı işlər, radioaktiv maddələrlə və digər şüa ionlaşdıran mənbələrlə bağlı işlər, ultrasəsin təsiri ilə bağlı işlər, səsin intensivliyi 80 desibeldən artıq olan (optimal norma isə 55-60 desibel və aşağı ola bilər) işlər, zəhərli kimyəvi maddələrlə bağlı işlər, əsəb-emosional gərginlikli işlərdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png