ONN İnformasiya Agentliyi

250 manat yardım almayan sahibkarlarla bağlı AÇIQLAMA

250 manat yardım almayan sahibkarlarla bağlı AÇIQLAMA
15 Avqust 2020 - 12:33

Birinci mərhələdə yardım göstərilən mikrofərdi sahibkarlara ikinci mərhələdə də yardım göstərilib.

ONN media xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Burada sosial vəziyyəti nəzərə alınan mikrosahibkarlara 250 manat yardım edilir. Digər sahələrdə fəaliyyət göstərən sahibkarlara isə 500 milyon bank kreditlərinin verilməsi nəzərdə tutulur. Kredit faizlərinin müəyyənləşdirilməsi də dövlət subsidiyasının nəzarətindədir. Yəni 250 manat almayan sahibkarlar digər dəstək tədbirlərindən faydalana bilərlər”.

O qeyd edib ki, işçi sayını əhəmiyyətli dərəcədə azaltmayan sahibkarlara əməkdaşların əmək haqlarını ödəmələri üçün vəsait yaxın zamanda hesablarına köçürüləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png