ONN İnformasiya Agentliyi

Açıq səma altında yeni Arxeologiya Muzeyi yaradılacaq

Açıq səma altında yeni Arxeologiya Muzeyi yaradılacaq
07 Yanvar 2018 - 11:58

Gəncədə Heydər Əliyev Park Kompleksindəki ərazidə aşkarlanan və son tunc dövrünə aid, yaşı təxminən 3300 il olan kurqanların üzərində açıq səma altında Arxeologiya Muzeyi yaradılacaq.

ONN media-nın Trend-ə istinadən məlumatına görə, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən 2015-ci ildən başlayaraq kompleksin ərazisində tədqiqatlar aparılıb. AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin sözlərinə görə, ilkin tədqiqatlar nəticəsində şəhər ərazisində 62 kurqan qeydə alınıb və onlardan dördü ötən il elmi tədqiqata cəlb edilib.

Alim bildirib ki, kurqanlardan insan skeleti və çoxlu maddi-mədəniyyət nümunələri aşkarlanıb.

Akademik hazırda kompleksdə qazıntı işlərinin davam etdiyini və tədqiqatların sonunda muzeyin yaradılmasına başlanacağını deyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png