ONN İnformasiya Agentliyi

Aprel zəfəri gənclərin vətənpərvərlik hisslərinin artırılmasına təkan verən hadisə kimi

Aprel zəfəri gənclərin vətənpərvərlik hisslərinin artırılmasına təkan verən hadisə kimi
05 Avqust 2019 - 14:32

Gənclərin milli ruhda, vətənpərvər, vətəninə, dövlətinə və millətinə bağlı biri kimi yetişdirilməsinə bir sıra amillər təsir göstərir. Bu amillərə maarifləndirici tədbirlər, təğliğat üsulu, yazılı ədəbiyyatla yanaşı, konkret zaman kəsimində baş verən hadisələr də aiddir. Konkret olaraq hər hansı bir ölkənin, digər bir dövlətlə apardığı müharibə və müharibə əsnasında baş verən tarixi hadisələr, hansı ki, qəhrəmanlıq və uğuru özündə əks etdirir. Bu sıraya Azərbaycan Silahlı Qüvvələrinin 2016-ci ildə qazandığı nailiyyəti, Aprel zəfərini aid etmək mümkündür.

Birmənalı olaraq söyləyə bilərik ki, Aprel zəfəri Azərbaycan gənclərinin daha da vətənpərvər ruhda böyüməsi, onların vətənə, dövlətə, millətə sevgi, məhəbbət hissinin daha da artmasına təsir edən başlıca amillərdən oldu.

Ümumilikdə,  Aprel döyüşləri təkcə Azərbaycan gəncinin deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin vətənpərvərlik ruhunu gücləndirdi, ölkəmizdə yeni dövrün başlanğıcını qoydu. 2-4 aprel tarixlərində həyata keçirilən əməliyyatlar sübut etdi ki, Azərbaycan xalqı erməni işğalı ilə heç vaxt barışmayacaq. Həmin günlərdə uşaqdan tutmuş böyüyə kimi hamı əsgərlərimizlə həmrəylik nümayiş etdirirdi. Həmin günlərdə Azərbaycanda fəaliyyət göstərən bütün ali məktəblərin qarşısı dəniz kimi dalğalanırdı. Azərbaycan gənci könüllü şəkildə cəbhəyə getmək, düşmənə layiq olduğu cavabı vermək istəyirdi. Eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xdmətinin qarşısına həmin günlərdə minlərlə gənc toplaşaraq yenidən hərbi xidmətə getməyə, düşmənə layiq olduğu cavabı verməyə çalışırdı. Bu həm də gənclərin gözündə uzun illər formalaşmış qorxunun, ermənidən qorxmaq hissinin tamamilə aradan qalxması idi. Azərbaycanın aprel zəfərinin digər bir amili peşəkar ordunun mövcudluğundan irəli gəlirdi. Aydın məsələdir ki, müharibəni yaxşı təlim görmüş ordular aparır. Üç günlük əməliyyatlar zamanı biz Azərbaycanın peşəkar orduya sahib olduğunu gördük. 2016-cı ilin Aprel zəfəri, onun ardınca Naxçıvanda uğurla həyata keçirilən Güngüt əməliyyatı bir daha cəmiyyətimizdə, xalqımızda əminlik yaratdı ki, Azərbaycan Ordusu erməni tapdağı altında olan torpaqlarımızı Azərbaycan xalqının mənəvi dəstəyi ilə tezliklə işğaldan azad edəcək. 2-4 aprel tarixlərində həyata keçirilən uğurlu hərbi əməliyyatlar bu cür düşünməyə əsas verir. 2-4 aprel tarixlərində həyata keçirən əməliyyatlar və cəmiyyətin reaksiyası Azərbaycan gəncinin vətənpərvər olmasına şübhə yeri qoymur.

Bir sözlə cərəyan edən proseslərdən belə qənaətə gəlmək mümkündür ki, Azərbaycanda yaxşı təlim görmüş peşəkar ordu var. Azərbaycan Ordusunun hədəfi bəllidir. Bu hədəf işğal altında olan Azərbaycan torpaqlarının son qarışına kimi azad edilməsidir. Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan xalqı işğal faktı ilə əbədi barışa bilməz. Fəxrlə deyə bilərik ki, son illər Ordumuzun maddi-texniki bazası xeyli gücləndirilib. 2-4 aprel tarixlərində həyata keçirilən hərbi əməliyyatlar Azərbaycan Ordusunun döyüş ruhunun yüksək olduğunu göstərdi.

Son illərlə müstəqilliyimizin ilk illərini müqayisə etdikdə isə fərqli bir mənzərə ortaya çıxır. Belə ki, müdtəqilliyin ilk illərində ayrı-ayrı insanlar müxtəlif yollarla övladlarının ordu sıralarında xidmət etməsinin qarşısına sədd çəkirdilər. İndi bunun əksi baş verir. Valideynlər özləri övladlarının ordu sıralarında xidmət etməsinə can atır, bunu toy-bayrama çevirirlər. Yuxarıda qeyd etdiyimiz Aprel zəfəri də bu prosesə müsbət təsir göstərən amillərdəndədir və bu olay cəmiyyətdə Azərbaycan Ordusuna inamı daha da artırdı. Hazırda Azərbaycanda xalq-ordu həmrəyliyinin ən yüksək səviyyədə olduğunu söyləyə bilərik. Bir sözlə 2-4 aprel tarixlərində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əməliyyatlar əsnasında gənclərimizin nümayiş etdirdiyi həmrəylik aksiyası bir daha sübut etdi ki, Azərbaycan gənci vətənpərvərdir, o, həyatını belə vətən uğrunda fəda etməyə hazırdır.

Əldə etdiyimiz uğurlar, qazandığımız nailiyyətlərlə yanaşı, bu sahədə bəzi çatışmazlıqların olduğunu da inkar edə bilmərik. Təəssüf ki, müharibə mövzusunda ortaya nə sanballı film, nə də sanballı əsər qoya bilmişik. Ona görə də bu istiqamətə diqqət daha da artırılmalı, gənclərin maarifləndirilməsi üçün bu kimi filmlər çəkilməli, əsərlər, romanlar ərsəyə gətirilməlidir.

Süleyman İsmayılbəyli

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUİB-in həyata keçirdiyi “Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliği” layihəsi çərçivəsində çap olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png