ONN İnformasiya Agentliyi

“ASAN xidmət” 4 gün işləməyəcək

“ASAN xidmət” 4 gün işləməyəcək
27 Dekabr 2017 - 15:02

"ASAN xidmət” mərkəzləri 4 gün işləməyəcək.

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsindən ONN media-ya verilən məlumata görə, bütün "ASAN xidmət” mərkəzlərində dekabrın 31-i, yanvarın 1, 2, 3-ü qeyri-iş günü olacaq.

Məlumata görə, yanvarın 4-dən etibarən vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png