ONN media

Azərbaycanda ən populyar avtomobillər hansılardır?

Azərbaycanda ən populyar avtomobillər hansılardır?
09 Oktyabr 2019 - 19:57

Bu ilin əvvəlindən Azərbaycanın avtomobil bazarında “KIA”, “Hyundai” və “Toyota” avtomobilləri daha çox populyar olub.

ONN media bildirir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, hesabat dövründə müştərilər ən çox bu markalara üstünlük verib:

“Yerli avtomobillərə hələlik Azərbaycanda böyük tələbat yoxdur. Yerli yığım olan “Peugeot” avtomobillərinə qəbulolunan qiymətinə baxmayaraq (təxminən 16 min manat) əhali arasında böyük tələbat yoxdur”.

Ekspert müşahidələrinə əsasən bildirib ki, bu ilin avqust ayında bazarda ən bahalı avtomobil “Range Rover” avtomobilidir. Onun qiyməti 400 min manatdan çoxdur. Ən ucuz avtomobil isə 700 manatlıq “Moskviç” avtomobilidir.

O əlavə edib ki, bu ilin əvvəlindən Azərbaycanda avtomobillərin orta qiyməti 50 975 manat təşkil edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png