ONN İnformasiya Agentliyi

Azərbaycanda ərzaq qıtlığı təhlükəsi varmı?

Azərbaycanda ərzaq qıtlığı təhlükəsi varmı?
08 Aprel 2020 - 19:49

Hazırda ərzaq təminatı ilə bağlı 3 aylıq ehtiyatımız var.

ONN media  bildirir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanın, həmçinin 6 ay müddətində ərzaq təminatı ilə sığortalanması var:

“Tədbirlər Planı sosial müdafiə və iqtisadiyyatı gücləndirmək üçün nəzərdə tutulub. Hətta pandemiya ilə əlaqədar sahibkarlara da kreditlər veriləcək. Bu da təminatımıza zəmanətdir. Kənd təsərrüfatında fermerlərə, aqronomlara sərbəst hərəkət azadlığı verilib. Onların fəaliyyəti ölkənin ərzaq təhlükəsizliyi ilə bağlıdır. Ərzaq bazarında da vəziyyət stabil qiymətləndirilir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png