Azərbaycanda bu məhsulların qiyməti bahalaşdı

Ümumi bahalaşma parçaların qiymətinə də təsirsiz ötüşməyib. Satıcılar deyir ki, son altı ayda parçaların qiymətində böyük həcmdə artım müşahidə olunub. Bu isə, alıcıların sayının azalmasına səbəb olub.

ONN media bildirir ki, parça bazarında qiymətlərdə artım təxminən 70 faizədəkdir. Satıcılar deyir ki, buna təsir göstərən amillər əsasən ümumi bahalaşmadır. Karqo qiymətlərində artım, alıcıların sayının azalması bu bazarda ümumi vəziyyəti çətinləşdirir.

Satıcı deyir ki, parçanın metrəsinin qiyməti yerli maldısa, 4.50 qəpik, Çin malıdırsa 3 manat, yox əgər türk malıdırsa 7 manata təklif olunur. Bahalaşma alıcıların sayına mənfi təsir göstərir.

Keyfiyyət baxımında bazarda türk malına tələbat daha çoxdur. Ən bahalı mal isə ziyafət geyimləri üçün satılan parçalardır.

Son altı ayda parçanın metrəsində 2 manatadək bahalaşma olduğunu deyən satıcı bildirdi ki, müştəri itirməmək üçün bəzən ziyana işləməli olurlar.

Qeyd edək ki, bazarda son altı ayda parçalarla yanaşı, düymə, sap kimi əşyaların da qiymətində bahalaşma var.