ONN İnformasiya Agentliyi

Azərbaycanda maskalardan istifadə ilə bağlı nəzarət gücləndirildi

Azərbaycanda maskalardan istifadə ilə bağlı nəzarət gücləndirildi
21 Noyabr 2020 - 15:18

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın Respublika müşavirəsində maskalardan istifadə ilə bağlı məsələlər də müzakirə edilib.

ONN media  xəbər verir ki, qərara alınıb ki, yoluxmanın xüsusilə yüksək olduğu və sərt karantin rejiminin tətbiq edildiyi rayon və şəhərlər əsas götürülməklə bütün ölkə ərazisində, maskalardan istifadə ilə bağlı yeni qaydalar da daxil olmaqla rejimin bütün tələblərinə nəzarət gücləndirilsin, maarifçilik işi genişləndirilsin.

Qeyd edək ki, bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın Respublika müşavirəsi keçirilib. Müşavirədə Operativ Qərargahın üzvləri ilə yanaşı 68 rayon və şəhərin İcra hakimiyyəti başçıları, DİN və DTX-nın yerli şöbələrinin rəisləri, rayon və şəhər prokurorları, səhiyyə şöbələrinin və sanitar-epidemioloji stansiyalarının rəhbərləri iştirak ediblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png