ONN media

Azərbaycanlıya Rusiyada YÜKSƏK VƏZİFƏ VERİLDİ

Azərbaycanlıya Rusiyada YÜKSƏK VƏZİFƏ VERİLDİ
06 Noyabr 2019 - 19:14

Rusiyanın Kirov vilayətində ilk iclası keçirilən 5-ci çağırış İctimai Müşahidə Komissiyasının sədr müavini vəzifəsinə bölgədə fəaliyyət göstərən “Azərbaycan” Xeyriyyə Fondunun prezidenti Elnur Hüseynov seçilib.

ONN media xəbər verir ki, bu barədə Report-a bildirən E.Hüseynov komissiyanın heyətinə ardıcıl olaraq üçüncü dəfədir seçildiyini qeyd edib: “İmkan daxilində və müraciətlər gəlincə həmvətənlərimizə pozulmuş hüquq və azadlıqlarını təmin etməkdə kömək etməyə çalışacağam”.

Qeyd edək ki, mövcud qanuna əsasən, İctimai Müşahidə Komissiyası bölgədəki həbsxanalarda, müvəqqəti saxlama yerlərində məhkumların və saxlanılanların hüquqlarına əməl olunmasına ictimai nəzarəti həyata keçirir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png