ONN İnformasiya Agentliyi

“Azəriqaz”dan limitlərin yenilənməsi ilə bağlı açıqlama

“Azəriqaz”dan limitlərin yenilənməsi ilə bağlı açıqlama
19 Yanvar 2024 - 13:50

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yeni ilə keçidlə bağlı qazdan istifadə limitlərinin yenilənməsi başa çatıb.

ONN media xəbər verir ki, bunu birliyin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.

“Yenilənmə artıq başa çatıb və yenilənmədən sonra sayğac göstəriciləri qeydə alınıb”, – Xalidə Şimşək qeyd edib.

Xatırladaq ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png