ONN İnformasiya Agentliyi

“Azəriqaz”ın qaynar xəttinə niyə düşmək olmur?

“Azəriqaz”ın qaynar xəttinə niyə düşmək olmur?
27 Yanvar 2024 - 17:54

Yasamal rayon sakinləri üzləşdikləri qaz problemi ilə bağlı qurumun qaynar xəttinə düşə bilmədiklərini deyirlər.

Sakinlər bildirirlər ki, qaynar xəttə zəng edirsən, sırada 30-cu olduğunu bildirirlər:

“Günün sonuna qədər isə növbənin çatıb-çatmayacağı məlum deyil”.

“Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri  bildirib ki, qurumun qaynar xəttinə qəza ilə əlaqədar çoxsaylı zənglər gəlir:

“Azəriqaz” İstehsalat Birliyinin “104” və “185” Çağrı Mərkəzləri sutkanın müxtəlif vaxtlarında abonentlərin xidmətindədir. Bütün zəngləri qəbul edirlər. Növbədə 30-cu adam olması normaldır. Xətt yüklənir. Qış aylarında qaza tələbat artır. Buna görə də gələn zənglər də çoxalır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png