ONN İnformasiya Agentliyi

Azərbaycan gənci vətənpərvərdir

Azərbaycan gənci vətənpərvərdir
22 İyul 2019 - 17:17

Bu istiqamətdə dövlət və qeyri-dövlət təşkilatlarının fəaliyyəti prosesə müsbət təkan verir

Gənc nəslin vətənpərvər ruhda böyüməsi, bu ruhda tərbiyə edilməsi dövlətlə yanaşı, həm də qeyri-hökumət təşkilatlarının əsas vəzifəsi olduğundan qeyd etdiyimiz təbəqənin bu istiqamətdə fəaliyyət göstərməsi, müxtəlif layihələr gerçəkləşdirməsi, tədbirlər təşkil etməsi zəruridir. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda bu istiqamətdə vəziyyət ürəkaçandır və ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının mütləq əksəriyyəti gənclərin vətənpərvər ruhda tərbiyəsi istiqamətində davamlı tədbirlər keçirirlər. Onu da qeyd etmək lazımdır ki, bu prosesdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Çünki, məhz adıçəkilən şuranın maliyyə dəstəyi nəticəsində qeyri-hökumət təşkilatları bu və ya digər layihələrini reallaşdırırılar.

Günümüzdə cəmiyyətimizdə gedən proseslər və həm qeyri-hökumət, həm də gənclər təşkilatlarının fəaliyyətlərinə diqqət yetirdikdə belə nəticəyə gəlmək olur ki, əksər qeyri-hökumət və gənclər təşkilatları bu istiqamətdə fəallıq nümayiş etdirirlər. Çünki onların sözügedən istiqamətdə, ümumilikdə fəal olması üçün stimul yaradılıb. İstər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, istər Azəbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, istərsə də müvafiq nazirlik və qurumların ayrı-ayrı təşkilatların layihələrini maliyyələşdirməsi, onların tədbirlərinin keçirilməsi üçün maliyyə vəsaitinin ayrılması QHT və gənclər təşkilatlarınn da aktiv olmasına imkan yaradır. Həm QHT-lərə Dəstək Şurası, həm də Gənclər Fondunun dəstəyi ilə yüzlərlə təşkilat gənclərin vətənpərvər ruhda tərbiyə olunması ilə bağlı tədbirlər keçirirlər ki, bu da ümumilikdə işin xeyrinə olan məsələdir. Ayrı-ayrı qeyri-hökumət təşkilatlarının müntəzəm olaraq cəbhə bölgəsində keçirdiyi tədbirlər, ön xəttdəki hərbi hissələrin əsgər və zabitləri ilə təşkil olunan görüşlər Silahlı Qüvvələrin şəxsi heyətində, əsgər və zabitlər arasında ruh yüksəkliyi yaratmaqla yanaşı, eyni zamanda gənclərin də vətənpərvər ruhda tərbiyəsinə, onlarda Vətənə, millətə sevgi hissinin artmasına təkan verir.

Ancaq nə qədər tədbirlər keçirilsə, layihələr reallaşdırılsa da, hələ də gənclərin vətənpərvər ruhda tərbiyə olunması istiqamətindəki fəaliyyətimizi tam bitmiş hesab edə bilmərik. Çünki  bizim torpaqlarımızın 20 faizi ermənilər tərəfindən işğal olunub, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır. Ona görə də torpaqlarımız işğaldan azad edilməyənə, soydaşlarımız öz dədə-baba torpaqlarına qayıtmayana qədər biz gənclərin vətənpərvər ruhda tərbiyəsinə daha ciddi yanaşmalı, bu istiqamətdə fəaliyyəti daha da artırmalıyıq.

Hesab edirəm ki, bu proses bağçadan başlayaraq orta məktəb, hətta ali məktəbdə də davam etməlidir. Gənclərimiz tarixin müxtəlif dövrlərində yaşamış və ad qoymuş tarixi şəxsiyyətlərimiz, sərkərdələrimizi, milli qəhrəmanlarımızı yaxından tanımalı, onların həyat yolu, Vətən uğrunda apardıqları mübarizəni dərindən öyrənməlidirlər. Ona görə də tam əminliklə deyə bilərik ki, bu gün gənclərin milli ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması ən vacib istiqamətərdən biridir. Bir məqama da diqqət çəkmək lazımdır ki, Azərbaycan dövləti gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyə olunması istiqamətində lazımı tədbirlər görülür, müvafiq addımlar atılır. İstər bu istiqamətdə qanunvericlik bazasının formalaşdırılması, vaxtı ilə qəbul edilən qanunların təkmilləşdirilməsi, istərsə də gənclər arasında maarifləndirici xarakter daşıyan işlərin görülməsini bu sıraya aid etmək olar.

Xüsusilə, bu istiqamətdə Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin fəaliyyətinə diqqət çəkmək lazımdır. Ən çətin anlarda səngərdə öz əsgəri ilə çiyin-çiyinə olan Ali Baş Komandanın bu addımı gənclər üçün bir örnəkdir. Gənclər 2016-cı ilin Aprel döyüşləri zamanı bunun bir daha şahidinə çevrildi. Təbii ki. bu amil də gənclərin vətənpərvər ruhda tərbiyəsinə müsbət təsir edən başlıca amillərdəndir.

Süleyman İsmayılbəyli

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUİB-in həyata keçirdiyi “Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliği” layihəsi çərçivəsində çap olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png