Azərbaycanda əhalinin gəlirləri artdı – STATİSTİKA

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 42 202,7 milyon manat təşkil edib.

ONN media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% çoxdur.

Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,8% artaraq 4 266,2 manata çatıb.