ONN İnformasiya Agentliyi

Azərbaycanda bir neçə yol ödənişli olacaq – AYDA

Azərbaycanda bir neçə yol ödənişli olacaq – AYDA
15 Yanvar 2020 - 21:21

Azərbaycanda bir neçə ödənişli avtomobil yolunun tikintisi nəzərdə tutulur.

ONN media xəbər verir ki, bu sözləri “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında bildirib.

O qeyd edib ki, ödənişli yol qismində Ələt-Astara yolu nəzərdə tutulub. Bu yol sürücüyə 39 kilometr məsafəyə qənaət etməyə imkan verəcək.

Bundan başqa, mövcud yola paralel yerləşən və sürücüyə 18 kilometr məsafəyə qənaət etməyə imkan verəcək Bakı-Quba-Rusiya sərhədi yolu da ödənişli olacaq.

S.Məmmədovun sözlərinə görə, Avropada və digər inkişaf etmiş ölkələrdə bu təcrübə geniş yayılıb. Azərbaycanda isə yolların tikintisi və təmiri, adətən, dövlət büdcəsi hesabına həyata keçirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png