ONN İnformasiya Agentliyi

Azərbaycanda nə qədər erməni yaşayır?

Azərbaycanda nə qədər erməni yaşayır?
22 Noyabr 2017 - 18:07

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən elmi seminarda İnstitutun İnsan coğrafiyası istiqamətinin rəhbəri, c.ü.e.d. Zakir Eminov “Müstəqillik illərinin əsas nailiyyətləri: iqtisadi-coğrafi və demoqrafik aspektlər” mövzusunda məruzə edib.

ONN media-ya daxil olan məlumatda qeyd olunur ki. məruzəçi müstəqillik illərində iqtisadi islahatların istiqamətləri, qeyri-neft sektorunun inkişafının əsas nəticələri, demoqrafik vəziyyət, əhalinin miqrasiyası və sayının dəyişməsi və s. istiqamətlərdə tədqiqatlar aparmış, bir sıra nəticələr əldə etmişdir.

Tədqiqatçı həmçinin əhalinin təbii artımının kənd və şəhərlər, iri və orta sənaye mərkəzləri üzrə təsnifatını verib, Azərbaycanın inzibati rayon və şəhərləri üzrə hər 1000 nəfər doğulan körpəyə görə ölüm əmsallarının dəyişməsini göstərib.

Bildirilir ki, son 20-25 il ərzində respublikada sosial-iqtisadi dəyişikliklərin baş verməsi demoqrafik proseslərə öz təsirini göstərmiş, təbii artım göstəriciləri aşağı düşmüş, ölüm yüksəlmişdir. Hazırda demorqafik göstəricilərdə sabitləşmə müşahidə edilir. Demoqrafik göstəricilərin nizamlanması üçün daha fəal demoqrafik siyasətin həyata keçirilməsinə, analara və uşaqlara göstərilən dövlət qayğısının artırılmasına böyük ehtiyac vardır.

Miqrasiya məsələlərinə toxunan alim qeyd edib ki, 1990-1995-ci illərdə Rusiyaya MDB və Baltikyanı ölkələrdən köç edənlər 39,9%, Azərbaycandan bu ölkələrə miqrasiya edənlər isə 61,6% təşkil etmişdir. Son dövrlərdə isə ölkədən Rusiyaya gedənlərin sayı xeyli azalmışdır. Hazırda Bakıda rusların sayı 120 min olmaqla, Respublikada 140 mindir, ermənilər isə Bakıda 20 min, ölkədə isə 120 mindirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png